Tələbəmiz Moskva Dövlət Universitetinə qəbul alıb!
Anons
Sevindirici xəbər! Tələbəmiz Nigar Əliyeva Moskva Dövlət Universitetinin (MGU) Beynəlxalq Münasibətlər fakültəsinə qəbul alıb.
Nigar 6 ay ərzində BIG TIME Education-da hazırlıq kurslarına qatılaraq, rus dili və qəbul imtahanlarına hazırlaşıb. Onun əzmkarlığı və komandamızın dəstəyi ilə bu uğura nail olunub.
MGU dünyanın ən prestijli universitetlərindən biridir və Nigar orada keyfiyyətli təhsil alacaq.
Bütün tələbələrimizə uğurlar arzulayırıq!