Nəşr tarixi: 15 Yanvar 2025
UNEC-də 2025-ci il "İnkluziv Təhsil İli" elan edilib
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnkluziv Təhsil Mərkəzinin yaradılmasının 10 illiyinə həsr olunaraq 2025-ci ili "UNEC İnkluziv Təhsil İli" elan edib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) İnkluziv Təhsil Mərkəzinin yaradılmasının 10 illiyinə həsr olunaraq 2025-ci ili "UNEC İnkluziv Təhsil İli" elan edib.
Bu mühüm il ərzində inluziv təhsilin inkişafına yönəlmiş müxtəlif tədbirlər və təşəbbüslər həyata keçiriləcək. Məqsəd məhdudiyyətli şəxslərin təhsil prosesində iştirakını artırmaq və onların sosial həyata inteqrasiyasını təşviq etməkdir.
Təsdiq edilmiş fəaliyyət planına əsasən, inluziv ali təhsil haqqında kitab təqdimatları, məhdudiyyətli şəxslərin yaratdığı əl işlərinin sərgisi, müasir inluziv təhsil metodları üzrə təlim sessiyaları və TEDx İnkluziv Forumunun təşkili planlaşdırılır.
Bundan əlavə, UNEC İnkluziv Könüllülər Təşkilatı inluziv təhsilin təbliği üçün müxtəlif təşəbbüslər həyata keçirəcək. Digər ali təhsil müəssisələri ilə əməkdaşlıq çərçivəsində "İnkluziv Təhsil" mövzusunda birgə seminarlar, konfranslar, təlim sessiyaları və seminarlar keçiriləcək.
Həmçinin məhdudiyyətli şəxslərin təhsil imkanlarının yaxşılaşdırılması və onların sosial inteqrasiyasının gücləndirilməsi məsələləri müzakirə ediləcək.
Sualınız var?
Təhsil sahəsindəki yeniliklər və imkanlar haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın