Background
');">

Azərbaycan universitetləri QS 2026 qlobal reytinqinə daxil oldu

Azərbaycan universitetləri QS 2026 qlobal reytinqinə daxil oldu
Seçilmiş Xəbər
Nəşr tarixi: 03 Oktyabr 2025

Azərbaycan universitetləri QS 2026 qlobal reytinqinə daxil oldu

İlk dəfə olaraq Azərbaycandan 9 universitet QS 2026 qlobal reytinqinə daxil olub. Bu göstərici keçən illə müqayisədə 3 dəfə artıb.
3 oktyabr tarixində "QS 2026" qlobal reytinqinə daxil olan Azərbaycan universitetlərinin mükafatlandırılma mərasimi keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin müavini Həsən Həsənli, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, aparıcı universitetlərimizin rəhbər heyəti və QS agentliyinin regional direktoru Sergey Xristolyubov iştirak ediblər. Qeyd edək ki, bu ilin iyun ayında elan edilən "QS 2026" qlobal reytinqinə ilk dəfə olaraq Azərbaycandan 9 universitet daxil olub. Bu göstərici keçən illə müqayisədə 3 dəfə artıb. Eyni zamanda, Azərbaycandan həmin reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən bu reytinqə daxil olan universitetlərin ümumi sayından 3 dəfə çoxdur. Bu nailiyyət Azərbaycan təhsil sisteminin beynəlxalq səviyyədə tanınmasının və keyfiyyətinin artmasının göstəricisidir.

Sualınız var?

Təhsil sahəsindəki yeniliklər və imkanlar haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın